Misli Premyer Liqasında 24-cü turun növbəti qarşılaşması baş tutub.
AZXEBER.COM xəbər verir ki, günün ilk matçında "İmişli” Qubada "Sabah”ı qəbul edib.
Qarşılaşma Masazır təmsilçisinin 5:0 hesablı böyük qələbəsi ilə başa çatıb.
"Sabah”ın heyətində Stiv Solvet (11), Coy Lens Mikels (15-pen, 35), Kahim Parris (49) və Aleksey İsayev (71-pen) fərqləniblər. Hazırda 59 xalla turnir cədvəlinə liderlik edən "Sabah”dan fərqli olaraq, bölgə təmsilçisi 22 xalla doqquzuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, bu qələbə ilə "Sabah” liderlik mövqeyini daha da möhkəmləndirib.










































