“İnter”in 1/4 finaldakı rəqibinin adına da aydınlıq gəlib. Bu, B qrupunda 3-cü turun qarşılaşmalarının başa çatmasından sonra mümkün olub. Qazaxıstan “Tobol”unun Latviya təmsilçisi “Skonto” önündə ağ bayraq qaldırması Ermənistanın “Mika” klubunun yolunu açıb. Özbəkistan çempionu “Bunedkor”u məğlub edən ermənilər qrup ikincisi kimi 1/4 finala çıxmaqla təmsilçimizə rəqib olub.
Qeyd edək ki, Azərbaycan çempionunun 1/4 finaldakı oyunu sabah Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Bu, Azərbaycan çempionlarının “Birlik kuboku”nda ermənilərlə 3-cü görüşü olacaq. 2005 və 2006-cı illərdə “Neftçi” və “Pünik” qarşılaşmışdılar. Bakılılar əvvəl 2:0 hesabı ilə qalib gəlsələr də, 5 il əvvəlki dueldə irəvanlılar yarışın keçirildiyi Moskvadan qaçmışdılar. Həmin vaxt texniki qələbəyə sevinən “Neftçi” sonda kubokun sahibi olmuşdu./// APA