Sabah qeyri-iş günüdür? - AÇIQLAMA

SOSİAL
17:40 17.10.2024
1115
Sabah - 18 oktyabr tarixində Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd ediləcək.

Sosial mediada sabahkı günün qeyri-iş günü olub-olmaması ilə bağlı fərqli fikirlər dolaşır.

AZXEBER.COM metbuat.az-a istinadən xatırladır ki, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) iş günü olan bayram sayılır. Yəni sabah iş günüdür.

Qeyd edək ki, 18 oktyabr 2021-ci ildən etibarən "Dövlət Müstəqilliyi Günü"nün adı dəyişdirilərək "Müstəqilliyin Bərpası günü" kimi qeyd edilir.
OXŞAR XƏBƏRLƏR