Sabah Roma Papası and içəcək

Sabah Roma Papası and içəcək
DÜNYA
20:55 17.05.2025
424
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leonun sabah keçiriləcək andiçmə mərasimində 200-dən çox xarici nümayəndə heyətinin iştirakı gözlənilir.

AZXEBER.COM "Unikal" xəbər verir ki, mərasimə müxtəlif ölkələrin dövlət və hökumət başçıları qatılacaq. Ukrayna Prezidenti Volodimir Zelenski mərasimdə iştirak etmək üçün sabah Romaya gələcək. ABŞ-ın vitse-prezidenti Cey Di Vens də əsas qonaqlar sırasındadır.

Müqəddəs Pyotr Kilsəsində baş tutacaq mərasimlə Vatikanda Papa XIV Leonun pontifikatı başlayacaq.

Mərasimi izləmək üçün Müqəddəs Pyotr meydanında və ətrafında təxminən 200 min nəfər toplaşacaq.

OXŞAR XƏBƏRLƏR