Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sabah Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq
SOSİAL
16:53 04.09.2025
323
Sabah Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Bu barədə AZXEBER.COM-un yerli bürosuna "Azəriqaz" İB Sumqayıt QİS-dən məlumat verilib

Bildirilib ki, sentyabrın 5-də Sumqayıt şəhəri Çerkassı küçəsində yeni təmir olunmuş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında məhdudiyyət tətbiq ediləcək.

Saat 10:00-dan etibarən işlər başa çatana qədər ümumilikdə 750 abonentin qaz təchizatı dayandırılacaq. 
OXŞAR XƏBƏRLƏR