Sabah Tatarıstanda matəm günüdür

Sabah Tatarıstanda matəm günüdür
DÜNYA
18:48 10.10.2021
392
Tatarıstanda təyyarənin qəzaya uğraması nəticəsində 16 nəfərin həyatını itirməsi ilə əlaqədar sabah respublika ərazisində matəm günü olacaq.

Bu barədə Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov göstəriş verib.

Xatırladaq ki, oktyabrın 10-da Rusiyanın Tatarıstan Respublikasında yüngül motorlu "L-410” təyyarəsinin qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub, 6 nəfər xəstəxanaya yerləşdirilib.
OXŞAR XƏBƏRLƏR