“Sabah" və "Zirə" bu gün cavab matçlarını keçirəcək

“Sabah" və "Zirə" bu gün cavab matçlarını keçirəcək
SOSİAL
09:50 15.08.2024
115
Bu gün Azərbaycanın Konfrans Liqasındakı təmsilçiləri "Sabah" və "Zirə" III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaq.

AZXEBER.COM xəbər verir ki, "Sabah" Masazırda İrlandiyanın "Sent Patriks Atletik" klubunu qəbul edəcək.

Görüş Bakı vaxtı ilə saat 20:00-da "Bank Respublika Arena”da keçiriləcək.

Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə" isə Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gələcək. "Dalğa Arena"da keçiriləcək görüşün start fiti saat 20:30-da səslənəcək.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab görüşləri

15 avqust

20.30. "Zirə" - "Osiyek" (Xorvatiya) (İlk görüş - 1:1)

Baş hakim: Xulian Veynberqer (Avstriya).

Mərdəkan, "Dalğa Arena".

20:30. "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya) (İlk görüş - 0:1)

Baş hakim: Marsel Birsan (Rumıniya).

Masazır, "Bank Respublika Arena".
OXŞAR XƏBƏRLƏR