Xəbər verdiyimiz kimi, Azərbaycanın "Sabah” klubu Çempionlar Liqasında tarix yazaraq pley-off mərhələsinə vəsiqə qazanıb. Bu zəfərdə ən böyük pay sahibi olanlardan biri də klubun baş məşqçiçi Valdas Dambrauskasdir.
Litvalı mütəxəssis Valdas Dambrauskas 2025-ci ilin yayında "Sabah”ın baş məşqçisi təyin olunub və cəmi bir mövsüm sonra komandanı Azərbaycan çempionluğuna daşıyıb. O eyni zamanda "Sabah" ilə Azərbaycan kubokunun da qalibi olub.
2026/27 mövsümündə "Sabah” ilk dəfə Çempionlar Liqasının təsnifatında iştirak edbi və ardıcıl mərhələləri keçərək turnirin pley-off mərhələsinə yüksəlib. "Sabah" tarixində ilk dəfə iştirak etdiyi ÇL-da 6 oyundan 5-də qalib gəlib.
Üstəlik, "Sabah”ın Avropanın əsas turnirlərindən birinin əsas mərhələsində ilk dəfə iştirakını təmin etməsi də artıq reallığa çevrilib: Çempionlar Liqasının pley-offunda "Sabah”ın rəqibi İsrailin "Hapoel Beer Şeva”sı olacaq. Pley-off cütünün qalibi Çempionlar Liqasının liqa mərhələsinə, məğlub olan tərəf isə Avropa Liqasının liqa mərhələsinə düşəcək.
Məhz bu uğurlar fonunda Valdas Dambrauskasın kimliyi, məşqçilik fəlsəfəsi və "Sabah”ı necə dəyişdirdiyi daha maraqlı görünür.

AZXEBER.COM litvalı baş məşqçinin kimliyi haqda araşdırma aparıb.
Valdas Dambrauskas 7 yanvar 1977-ci ildə Litvanın Pakruoys şəhərində anadan olub. UEFA Pro lisenziyalı litvalı futbol məşqçisidir. 2025-ci ilin iyununda Sabah FK ilə 3 illik müqavilə imzalayaraq komandanın baş məşqçisi təyin olunub.
Dambrauskas "Sabah"a gələnədək bir sıra ölkələrdə işləyib.
O "Jalgiris" klubunun baş məşqçisi olduğu dönəmdə klub ilə iki dəfə Litva çempionu olub
Litvanın RFS klubu ilə isə Latviya Kubokunu qazanıb. O 2020/21 mövsümünsə "Ludoqorets"in baş məşqçisi kimi Bolqarıstan çempionu olub.
Xorvatiyanın Hayduk Split" klubunun baş məşqçisi olduğu dönəmdə isə Xorvatiya Kubokunun qalibi olub.
Ümumilikdə onun məşqçi karyerasında Litva çempionluğu və kubokları, Latviya Kuboku, Bolqarıstan çempionluğu, Xorvatiya Kuboku və Azərbaycan çempionluğu daxil olmaqla çoxsaylı titullar var.
Dambrauskasın ən çox istifadə etdiyi sxem 4-2-3-1-dir. Statistik profillərdə onun komandalarının nəticələri ümumilikdə müsbət görünür; "Sabah"dakı ilk mövsümündə isə xüsusilə yüksək xal ortalaması ilə seçilib.
Dambrauskas sadəcə "Sabah"ın yeni məşqçisi deyil. O, artıq klubun ilk Azərbaycan çempionluğunu qazandıran baş məşqçi kimi tarixə düşüb. Onun əvvəlki karyerasına baxanda bu uğurun təsadüfi olmadığı görünür: müxtəlif ölkələrdə çempionluq təcrübəsi olan, əsasən nəticə yönümlü bir məşqçidir.