Sabahdan bu avtomobillər İçərişəhərə buraxılmayacaq

Sabahdan bu avtomobillər İçərişəhərə buraxılmayacaq
SOSİAL
16:21 30.04.2026
658
Sabahdan etibarən qeyri-rezident avtomobillərin İçərişəhərə girişi və çıxışı müvəqqəti olaraq dayandırılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məlumat yayıb.

Bildirilib ki, Bakıda keçiriləcək Beynəlxalq Xalça Festivalı ilə əlaqədar olaraq İçərişəhər ərazisində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq ediləcək. Məhdudiyyət mayın 3-ə qədər davam edəcək.  

OXŞAR XƏBƏRLƏR