Sabahdan bu ərazilərdə qaz olmayacaq

Sabahdan bu ərazilərdə qaz olmayacaq
SOSİAL
13:12 29.07.2026
121
Sabahdan Xırdalan şəhərinin bir hissəsində və bəzi qəsəbələrdə qazın verilişində fasilə yaranacaq. 

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azəriqaz” İB məlumat yayıb.

Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 08:00-dan işlər yekunlaşanadək Xırdalan şəhərinin bir hissəsinin, Atyalı, Qobu, Hökməli, Pirəküşkül, Müşfiqabad, 28 May, Saray və Ceyranbatan qəsəbələrinin, Daş Güzdək, Aşağı Güzdək, Çaylı və Qobustan kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
OXŞAR XƏBƏRLƏR