Sabahdan daha bir marşrut xəttində gediş haqqı "BakıKart”la olacaq

Sabahdan daha bir marşrut xəttində gediş haqqı "BakıKart”la olacaq
SOSİAL
14:52 17.08.2021
393
Sabahdan etibarən 130 nömrəli müntəzəm marşrut xətti (Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Lökbatan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə AZXEBER.COM-a Bakı Nəqliyyat Agentliyinə (BNA) istinadən məlumat verir.

"Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə "BakıKart” balansının artırılması üçün POS-terminallar quraşdırılıb”, - məlumatda qeyd edilib.

POS-terminallar aşağıdakı ünvanlarda quraşdırılıb:

- İntiqam Əliyev küç. Keçid 15/94 (Lökbatan qəsəbəsi)

- Alim Şəbiyev küç. (Lökbatan qəsəbəsi)

- Seymur Orucov küç. (Lökbatan qəsəbəsi)

- 28 may küç. (Lökbatan qəsəbəsi)

- Həmid Sultanov küç 97b, (Xocasən qəsəbəsi)

- Ruslan Allahverdiyev küç, döngə 11 278, (Xocasən qəsəbəsi)

- Rəşid İsmayılov küç 56, Biləcəri dairəsi.
OXŞAR XƏBƏRLƏR