Sabahdan Rusiyada qeydiyyatda olan avtomobillərin Polşaya girişi qadağan ediləcək

Sabahdan Rusiyada qeydiyyatda olan avtomobillərin Polşaya girişi qadağan ediləcək
DÜNYA
19:09 16.09.2023
263
Polşa hakimiyyəti sentyabrın 17-dən Rusiyada qeydiyyatda olan avtomobillərin ölkə ərazisinə daxil olmasına qadağa qoyulmasına dair qərar qəbul edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski sentyabrın 16-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sentyabrın 8-də Avropa Komissiyası Rusiyada qeydiyyatda olan avtomobillərin Avropa İttifaqı ölkələri ərazisinə girişinə qadağa qoyulması ilə bağlı qərar qəbul edib: "Həmin qadağa Polşa sərhədində sabahdan qüvvəyə minəcək”.

Bizim Telegram kanalımıza 
OXŞAR XƏBƏRLƏR