Sabahın havası: şimşək çaxacaq, yağış yağacaq

Sabahın havası: şimşək çaxacaq, yağış yağacaq
SOSİAL
12:52 08.09.2016
1437
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, mülayim cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 18-22, gündüz 27-32, Bakıda gecə 18-20, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 19-24 dərəcə isti olacaq.
OXŞAR XƏBƏRLƏR