"Sabah"ın ukraynalı futbolçusunun durumuna aydınlıq gəlib

İDMAN
18:54 26.10.2022
420
Azərbaycan Premyer Liqasının XI turunda "Neftçi" ilə oyunda zədələnən "Sabah"ın futbolçusu Aleksey Kaşukun durumuna aydınlıq gəlib.

Paytaxt təmsilçisindən AZXEBER.COM-a verilən məlumata görə, MRT müayinəsinin nəticəsinə əsasən, 22 yaşlı oyunçuda hər hansı qırıq aşkarlanmayıb.

Hazırda ukraynalı oyunçunun müalicəsi davam etdirilir. Kaşukun növbəti qarşılaşmaya kimi hazır olub-olmayacağı hələlik bəlli deyil.

Qeyd edək ki, "Sabah" səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəlib. Aleksey Kaşuk zədələndiyi üçün 77-ci dəqiqədə yerini İldar Alekperova verib.
OXŞAR XƏBƏRLƏR