AZXEBER.COM-un verdiyi məlumata görə, Ömer Memcik bunu Türkiyənin məşhur aktyoru “Şaban” ləqəbli Kemal Sunalın filmindən təsirlənərək edib.
Gənc ailə başçısı xanımı və bir övladı ilə birlikdə 2 otaqlı, 17 kvadrat metrlik təkərli evində yaşayır. Ömer evini at vasitəsilə istədiyi yerə aparır. O, maddi vəziyyəti yaxşı olmadığı üçün bu üsula əl atdığını bildirib. Ömer Memcik Kemal Sunalın “Gülen adam” filminə baxdığını və “təkərli ev” ideyasının buradan yarandığını bildirib: “Bir otaqdan dükan kimi, digər otaqdan isə yataq otağı və hamam kimi istifadə edirik.”