O, Londonun Nottinq-Hill səmtində dostunun, milyarder Alan Parkerin malikanəsinə köçüb.
Malikanənin dəyəri 16 milyon funt-sterlinq, yəni təqribən 21,3 milyon dollardır.
Evi London polisinin Diplomatik Müdafiə Qrupunun əməkdaşları qorumağa başlayıblar.
Kemeronun yeni qonşuları ondan razılıq edirlər: "Kemeronlar ailəsi sakit, mədəni insanlardır. Ümumiyyətlə, küçəmiz ailəvi yaşam üçün çox münasibdir. Burada çoxlu uşaq var".
İlkin məlumatlara örə, Devid Kemeronun övladları məktəbi başa vuranadək onun ailəsi Alan Parkerin malikanəsində yaşayacaq. Kemeronların Kensinqton səmtindəki malikanəsində isə kirayənişinlər yaşayırlar.
Devid Kemeronun Oksfordşir qraflığında da malikanəsi var.









