Sabiq deputat Türkiyədə vəfat etdi

Sabiq deputat Türkiyədə vəfat etdi
SOSİAL
10:13 22.05.2026
672

Sabiq millət vəkili, Tarix üzrə fəlsəfə doktoru Cahangir Hüseyn Əfşar Türkiyədə vəfat edib.

AZXEBER.COM xəbər verir ki, o, ötən gün İstanbulda dünyasını dəyişib.

Bildirilib ki, 73 yaşlı Cahangir Hüseyn Əfşar səhhətindəki problemlə əlaqədar Türkiyəyə aparılıbmış.

Mərhumun nəşi bu gün səhər saatlarında Bakıya gətirilib.

Qeyd edək ki, C.H.Əfşar Milli Məclisin ikinci çağırış deputatı olub.

OXŞAR XƏBƏRLƏR