Sabiq deputatdan Cavid Hüseynova təklif: "Qazancının yarısını Rasim Əliyevin ailəsinə ver"

Sabiq deputatdan Cavid Hüseynova təklif: "Qazancının yarısını Rasim Əliyevin ailəsinə ver"
İDMAN
16:11 13.10.2016
3038
Futbolçu Cavid Hüseynovun RATİ əməkdaşı, jurnalist Rasim Əliyevin ölüm faktına görə 4 il azadlıqdan məhrum edilməsinə baxmayaraq, vaxtından əvvəl azadlığa buraxılması sosial şəbəkələrdə ciddi qınaq obyektinə çevrilib Həm mərhum jurnalistin ailəsi, həm də ictimaiyyət nümayəndələri bu faktı pisləyib.
 
Sabiq YAP-çı millət vəkili Nazim Bəydəmirli isə Cavid Hüseynova maraqlı təklif verib. Sabiq millət vəkili cavid Hüseynovun öldürülən jurnalistin ailəsinə müavinət ödəməsini təklif edib: "Hər ay, özü də işlədiyi dövrdə – qazancından 50 faiz Rasim Əliyevin ailəsinə versin. Ancaq o zaman qismən ədalət bərpa olunmuş olar.
 
Məhkəmə ona bəraət verməyib, cəzanın çəkilməmiş hissəsindən azad edib. Bu o deməkdir ki, qarşı tərəf mülki iddia qaldıra bilər və müavinət tələb etməlidir. Bu həm qanunidir həm də müsəlmançılığa uyğundur. Əgər günahkar deyilsə, gərək, məhkəmə ona bəraət verərdi, verməyibsə deməli, cəzadan azad etmə sifarişlə olub. Bu halda isə zərərçəkən adam (valideynlər) müavinət tələb etməlidirlər. Bunu qanun deyir mən yox”.
OXŞAR XƏBƏRLƏR