Sabiq deputatın oğlu məhkəmə qarşısında - SƏBƏB

Sabiq deputatın oğlu məhkəmə qarşısında - SƏBƏB
SOSİAL
22:14 14.07.2024
200

Keçmiş deputat Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmov istifadə etdiyi su pulunu ödəmədiyi üçün məhkəməyə verilib.

AZXEBER.COM unikal-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsinə iddiaçı qismində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tanınıb.

Hakim Həbibə Miriyevanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesi iyul ayının 17-nə təyin edilib.

Xatırladaq ki, Hüseynbala Mirələmov Milli Məclisin III, IV və V çağırış deputatı olub.

OXŞAR XƏBƏRLƏR