Sabiq idarə rəisi həbsdə öldü

Sabiq idarə rəisi həbsdə öldü
SOSİAL
10:11 22.11.2025
88
Ləğv olunmuş "Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin keçmiş rəisi Mahir Əliyev həbsdə vəfat edib.

AZXEBER.COM xəbər verir ki, M.Əliyev 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, 2017-2021-ci illərdə sözügedən idarənin rəisi vəzifəsində çalışıb. 2021-ci ildə öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Daha sonra Mahir Arif oğlu Əliyev Cinayət Məcəlləsinin bir neçə maddələri üzrə təqsirli bilinib və müvafiq hökmlə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
\"Qafqazinfo” 
OXŞAR XƏBƏRLƏR