Sabiq müdafiə naziri Yaponiyanın Baş naziri olacaq

DÜNYA
19:29 27.09.2024
163
Beş cəhddən sonra Yaponiyanın keçmiş müdafiə naziri Şiqeru İşiba hakim Liberal Demokrat Partiyasının (LDP) sədri seçilib.

Şiqeru İşiba partiya sədrliyinə seçkilərdə iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçini məğlub edib.

Şiqeru İşibanın gələn həftə parlament səsverməsindən sonra Baş nazir təyin ediləcəyi gözlənilir.

Xatırladaq ki, Fumio Kişida avqust ayında siyasi maliyyə qalmaqalını əsas gətirərək Yaponiyanın Baş naziri vəzifəsindən istefa verib.
 
///APA 
OXŞAR XƏBƏRLƏR