Sabiq nazirin qohumu həbsdən buraxılmadı

Sabiq nazirin qohumu həbsdən buraxılmadı
KRİMİNAL
14:49 21.09.2018
4907
Güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 

Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. 

Qərara görə, cinayət işi üzrə təqsirləndirilən Natiq Qasımov apellyasiya şikayəti təmin edilməyib. 

Digər təqsirləndirilən şəxslər apellyasiya şikayəti vermədiyi üçün onlarla bağlı olan hissədə hökm araşdırılmayıb. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Qasımov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, digər təqsirləndirilənlər - Xatirə İmaməliyeva və Alidə Cəfərovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onların cəzaları şərti hesab edilib.

İttihama görə, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində fəaliyyət göstərən aptekdə 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən "Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbi 75 manata qanunsuz satıldığı müəyyən edilib.

İstintaq zamanı aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib.

Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsiredici maddələr olan preparatlar aşkar edilərək götürülüb.

N.Qasımov sabiq rabitə naziri Əli Abbasovun qohumudur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Murad Rusiyaya məxsus kanalların yayımının dayandırılması üçün çağırış etdi
23:58 01.07.2025
Murad Rusiyaya məxsus kanalların yayımının dayandırılması üçün çağırış etdi
Bakıda saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçilib
23:48 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçilib
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
23:21 01.07.2025
Şahin Şıxlinski Yekaterinburqda şahid qismində dindirilib
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
23:18 01.07.2025
“İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu sübut etdi” - Hacıbəy Heydərli
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
23:12 01.07.2025
Azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət olunacaq
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
22:52 01.07.2025
Sumqayıtda bıçaqlanan qadın xəstəxanada ölüb
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
22:40 01.07.2025
Bakıda saxlanılan Rusiya vətəndaşları barədə qərar verildi
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
22:36 01.07.2025
Şahin Şıxlinskinin evinə basqın edib sənədləri götürdülər
Yəməndən İsrailə raket atılıb
22:21 01.07.2025
Yəməndən İsrailə raket atılıb
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
22:18 01.07.2025
Qaxda gölə düşən traktorun sürücüsü ölüb
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
22:09 01.07.2025
“Lukoyl”​ şirkətlər qrupunun Uraldakı İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyev saxlanılıb
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
21:55 01.07.2025
Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
21:43 01.07.2025
BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
21:36 01.07.2025
Ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasına dair AÇIQLAMA
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
21:30 01.07.2025
Tramp gələn həftə Qəzza ilə bağlı razılıq əldə olunacağını gözləyir
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO
21:13 01.07.2025
SON DƏQİQƏ! Şahin Şıxlınski belə saxlanıldı- VİDEO