Mövlud Çavuşoğlu vəzifəni Hakan Fidana təhvil verdi

Mövlud Çavuşoğlu vəzifəni Hakan Fidana təhvil verdi
DÜNYA
12:27 05.06.2023
259
Türkiyədə Xarici İşlər Nazirliyində keçirilən təhvil-təslim mərasimi ilə Mövlud Çavuşoğlu vəzifəni Hakan Fidana təhvil verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident kabinetinin xarici işlər naziri vəzifəsinə təyin edilən Hakan Fidan nazirlikdə keçirilən təhvil-təslim mərasimi ilə vəzifəni Mövlud Çavuşoğlundan təhvil alıb.

Fidanın açıqlamalarından diqqət çəkən məqamları təqdim edirik.

"Milli Kəşfiyyat Təşkilatındakı 13 illik fəaliyyətimdən sonra eyni dərəcədə məsuliyyət tələb edən Xarici İşlər Nazirliyinə təyin olunduqdan sonra mənə göstərdiyi etimada görə cənab Prezidentə minnətdarlığımı bildirirəm. Cənab Çavuşoğlu ilə dostluğumuz eyni vaxtda Bilkənd Universitetində başlayıb. O, dövlət xadimi və insan və dost kimi həmişə üstün fəzilətlər göstərib. Biz cənab Çavuşoğlu ilə birlikdə çox mühüm vəzifələri yerinə yetirdik”, - deyə Hakan Fidan bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR