Sabir Rüstəmxanlı: Rafael Hüseynovla bağlı partiyada ciddi narazılıq var

Sabir Rüstəmxanlı: Rafael Hüseynovla bağlı partiyada ciddi narazılıq var
SİYASƏT
17:06 10.12.2025
756
"Ciddi narazılıq var, amma mən Rafael Hüseynovun partiyadan ixracı barədə düşünmürəm".

Bunu APA-ya açıqlamasında VHP sədri Sabir Rüstəmxanlı bildirib.

Qeyd edək ki, Rafael Hüseynov Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyasının üzvüdür və parlamentdə azlığı təmsil edən partiyanın nümayəndəsi olaraq vitse-spiker seçilib. Dekabrın 8-də Milli Məclisdə "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib. Rafael Hüseynov Sabir Rüstəmxanlıya çıxış üçün ayrılan vaxtın başa çatdığını bildirib. Sabir Rüstəmxanlı son bir cümlə ilə fikrini tamamlamaq istəsə də, vitse-spiker imkan yaratmayıb. Sabir Rüstəmxanlı isə sözünün kəsilmiəsinə etirazını bildirib və bunu hörmətsizlik kimi dəyərləndirib : "Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin siz hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz” .

Rafael Hüseynov Sabir Rüstəmxanlıya fikirlərini bildirmək üçün "başqa gün" müraciət edə biləcəyini qeyd edib.

Sabir Rüstəmxanlı isə APA-ya açıqlamasında deyib ki, sabah Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının iclası keçiriləcək, gündəlikdə bir sıra məsələlər var, Rafael Hüseynov barədə də məsələ qaldırıla bilər: "Amma mən hər hansı inzibati cəza, töhmət, partiyadan çıxarma kimi məsələlər barədə düşünmürəm. Bu məsələ ilə bağlı Siyasi Şuranın üzvlərinin, rayon təşkilatlarının çox ciddi narazılığı var və Siyasi Şuranın iclasında bunu dilə gətirəcəklər. Amma mən mövqeyimi bildirirəm və güman edirəm ki, Siyasi Şura mənim mövqeyimlə razılaşar. Rafael Hüseynovla uzun illər davam edən dostluğumuz var və bu məsələni də öz aramızda həll edərik”.

Məsələyə Rafael Hüseynovun mövqeyini öyrənmək mümkün olmayıb. Vitse-spiker telefon zənglərinə cavab verməyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq