Milli Şuranın son mitinqində lentə alınmış bu kadrlar Sabir Rüstəmxanlının siyasi riyakarlığını ifşa edir.
Sabir Rüstəmxanlı sədri olduğu partiya ilə Cəmil Həsənliyə quyruq bulayır, ona “prezidentim” deyir, digər tərəfdən isə hakimiyyətə sırınmağa çalışır. Bu da yəqin ki, onun xüsusi layihəsidir... Bu cür “siyasi ortalıqda” qalmaqla yolunu tapa bilməyən Sabir Rüstəmxanlı çoxdan istismar etdiyi imici ilə yenidən gündəmdə qalmağa çalışır, “siyasi meyit”liyi ilə barışa bilmir.
Sabir Rüstəmxanlının sıradan üzv adlandırdığı Samir Əsədli VHP-nin təşkilat şöbəsinin müdiridir, onun partiyasının rəsmi şəxsidir. Vətəndaşları aldatmaqla, ələ salmaqla vətəndaş həmrəyliyi imitasiyası yaratmağa çalışan Sabir Rüstəmxanlı ilk növbədə xəcalət çəkməlidir.
Onu ictimai fəaliyyətinə, siyasi yolunu müəyyən edə bilməməsinə görə tənqid edənləri Sabir Rüstəmxanlı şəxsiyyətə keçməklə təhqir edib. Halbuki onun şəxsiyyətinə toxunulmamışdı, yeni “Əkrəm Əylisli” olmaq istəyən Sabir Rüstəmxanlı üçün ARDI VAR...
Cənab “pisatel”, VHP kiminlədir, axı?...