Sabirabadda 17 yaşlı oğlan 49 yaşlı qadını öldürdü

Sabirabadda 17 yaşlı oğlan 49 yaşlı qadını öldürdü
HADİSƏ
16:33 26.08.2024
580
Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonunda qətl törədilib.

AZXEBER.COM DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü R.Q. polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR