Sabirabad sakini dəm qazının qurbanı olub. AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hüseyn Cavid küçəsində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Ələkbərova Seydanə Mirələkbər qızı hamamda olan zaman dəm qazından boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.