Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlandı

Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlandı
KRİMİNAL
16:28 15.04.2026
170
Sabirabadda 5 kiloqram narkotik vasitə aşkarlanıb.
 
AZXEBER.COM xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Anar Rəhimov, Cəlal Cavadov və Ümüd Qənbərov saxlanılıblar.
 
Onlardan 5 kiloqramdan artıq narkotik vasitə həşiş, tiryək, heroin və  psixotrop maddə metamfetamin aşkarlanıb.
 
Saxlanılan şəxslər ifadələrində narkotikləri müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
İstintaq araşdırmaları davam etdirilir.
OXŞAR XƏBƏRLƏR