Sabirabadda 52 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində öldü

Sabirabadda 52 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində öldü
SOSİAL
18:28 03.07.2021
357

Sabirabadda 52 yaşlı kişini elektirk cərəyanı vuraraq öldürüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Hacıbəbir kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təvəllüdlü Əsgərov Habil Amil oğlu evdə gərginlik altında olan elektrik naqilləri ilə ehtiyatsız davrandığından onu elektrik cərəyanı vurub.

Yaxınlarının yardımına baxmayaraq, 52 yaşlı kişi həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR