Sabirabad rayonunda avtomobil kanala aşıb, xəsarət alanlar var.
AZXEBER.COM xəbər verir ki , hadisə rayonun Moranlı kəndi ərazisində baş verib.
Belə ki, "Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı kanala düşüb.
Qəza nəticəsində Moranlı kənd sakinləri, 1999-cu il təvəllüdlü İsmayılzadə Ülvü Abuzər oğlu, 1995-ci il təvəllüdlü Mirzəzadə Eyvaz Aslan oğlu və 2000-ci il təvəllüdlü Mirzəzadə Nemət Sərdar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla balı araşdırma aparılır.