Sabirabadda avtomobil qəzası: Sürücü ağır xəsarət aldı

Sabirabadda avtomobil qəzası: Sürücü ağır xəsarət aldı
SOSİAL
10:16 22.03.2021
532
Sabirabadda avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Hacıqabul - Bəhrəmtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Saatlı rayonunun Qıraqlı kənd sakini, 1979-cu il təvəllüdlü Hümbətov Aftandil Vəli oğlu idarə etdiyi VAZ-2107 markalı avtomobil yoldan çıxararaq dəmir dirəyə çırpılıb. 

Nəticədə sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR