Azərbaycanda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi

Azərbaycanda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi
SOSİAL
11:42 29.01.2022
251
Sabirabad rayonunda bir ailənin üzvləri dəm qazından zəhərlənib.

Hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, həmin kənddə yaşayan Fərəcovlar ailəsinin 5 üzvü - Arzu, Səbinaz, Aysel, Adəm və Asif evdə dəm qazından zəhərlənib.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR