Sabirabadda bir ay əvvəl yanan evdə xəsarət alan 13 yaşlı qız ölüb.
Aprelin 10-da Sabirabadın Bala Həşimxanlı kəndində Məmmədovlar ailəsinə məxsus evin yanması nəticəsində xəsarət alan 2012-ci il təvəllüdlü Yasəmən Məmmədli Bakıda xəstəxanada vəfat edib.
Qeyd edək ki, hadisə nəticəsində 6 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri və tüstüdən zəhərlənmə diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Ağır yanıq xəsarətləri alan ailə üzvlərindən biri - 2012-ci il təvəllüdlü Məmmədli Yasəmən Xalid qızı isə Bakıda xəstəxanaya köçürülüb.
/APA