Sabirabadda bir yaşlı uşaq qızılcadan vəfat edib? - TƏBİB-dən açıqlama

Sabirabadda bir yaşlı uşaq qızılcadan vəfat edib? - TƏBİB-dən açıqlama
SOSİAL
12:10 01.12.2023
269
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Sabirabadda qızılca xəstəliyindən öldüyü deyilən uşaqla bağlı açıqlama verilib.

Qurumdanbildirilib ki, 2022-ci il təvəllüdlü azyaşlı 30.11.2023-cü il tarixində saat 12:47-də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:

"Ona qızılcanın ağırlaşmış forması, neyrotoksikoz, ensefalit, kəskin tənəffüs, ürək-damar çatışmazlığı (III dərəcə) diaqnozları qoyulub. Pasiyentin yanaşı diaqnozu qavrama zəifliyi olub.

Azyaşlı Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlı 01.12.2023-cü il tarixində saat 00:15-də vəfat edib”.

Qeyd edilib ki, azyaşlı doğum evində hepatit və vərəm əleyhinə peyvənd olunub:

"Valideyn tərəfindən digər peyvəndlərdən imtina ərizəsi yazılıb”.
OXŞAR XƏBƏRLƏR