Sabirabadda motosiklet aşıb - Xəsarət alanlar var

Sabirabadda motosiklet aşıb - Xəsarət alanlar var
SOSİAL
12:32 31.05.2023
99
Sabirabad rayonunda baş verən avtomobil qəzasında iki nəfər xəsarət alıb.

Hadisə rayonun Kürkəndi kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosiklet yolun kənarına aşıb.

Qəza nəticəsində rayonun Kürkəndi kənd sakinləri, 1993-cü il təvəllüdlü Cahangir Habil oğlu Qurbanov və 1992-ci il təvəllüdlü Məhəmməd Lələxan oğlu Vəliyev müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR