Sabirabadda narkotik əməliyyatı

Sabirabadda narkotik əməliyyatı
SOSİAL
12:01 01.09.2018
6647
Sabirabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, rayonun Rüstəmli kəndində yaşayan 29 yaşlı Xəyyam Nağıyevə məxsus həyətyanı sahəyə baxış keçirilib. Bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu və 3 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR