Sabirabadda toyda kütləvi dava, xəsarət alanlar var

Sabirabadda toyda kütləvi dava, xəsarət alanlar var
SOSİAL
19:35 06.12.2017
907
Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.
 
AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qaragüney kəndində baş verib.
 
Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1980-ci il təvəllüdlü Xudayarov Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb. Əlavə məlumat veriləcək.
 
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR