Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib

Sabirabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
HADİSƏ
09:21 22.08.2025
187
Avqustun 21-də Sabirabad rayonu Axıska kəndinin ərazisindəki əkin sahəsində yanğın törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan AZXEBER.COM-a bildirilib ki, araşdırmalarla yanğının 1987-ci il təvəllüdlü Orxan Yordanidze tərəfindən törədildiyi məlum olub.

Hadisə nəticəsində ərazidə quru ot və kol-kos yanıb.

Əməli törədən O.Yordanidze barəsində məsuliyyət tədbiri görülüb.
OXŞAR XƏBƏRLƏR