Sabirabadda yoxa çıxan 16,5 milyon manat – DÖVLƏTİN PULLARINI KİM HAVAYA SOVURDU? (ARAŞDIRMA )

Sabirabadda yoxa çıxan 16,5 milyon manat – DÖVLƏTİN PULLARINI KİM HAVAYA SOVURDU? (ARAŞDIRMA )
SOSİAL
15:25 22.04.2016
2423

Son 3 ildə Sabirabad rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan 10 milyon manata yaxın vəsait ayrılıb. Söhbət sadəcə “Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə” ayrılan vəsaitlərdən gedir. Amma bu qədər vəsaitin nə qədər şəffaf və təyinatı üzrə xərcləndiyi şübhə altındadır.

AZXEBER.COM xəbər veriri ki, qaynarinfo.az-ın araşdırmasına görə, təkcə 2013-cü ildə sözügedən məqsədlə Sabirabad Rayon İcra Hakimiyyətinə əvvəlcə 1 milyon manat (aprel), daha sonra isə 2 milyon manat ayrılıb.
Elə həmin il iyulun 12-də iyirmi iki min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 6 milyon manatı Sabirabad Rayon İcra Hakimiyyətinə ayrılıb.
Maraqlıdır ki, həmin vəsait yolun çəkilişi üçün kifayət etməyib və iki il sonra – 2015-ci ilin avqustunda Nizami-Əliləmbəyli-Azadkənd-Sarxanbəyli avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalanıb. Sərəncama əsasən, bu məqsədlə manatı Sabirabad Rayon İcra Hakimiyyətinə daha 1,5 milyon manat ayrılıb.
2014-cü ilin 16 dekabr tarixli prezident sərəncamına əsasən isə “Sabirabad şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə” yerli İcra Hakimiyyətinə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb.
Nazim İsmayılov – Sabirabadın icra başçısı
Eyni tarixdə dövlət başçısı Sabirabad rayonunun Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.
Sərəncama əsasən 20 min nəfər əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Suqovuşan-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sabirabad Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.
Beləliklə, təkcə son 3 ildə ayrılan bu qədər vəsaitin – 16,5 milyon manatın tamamilə nəzərdə tutulan işlərin görülməsinə yönəldildiyinə dair ciddi şübhələr var.Hesablama Palatasının təxminən iki həftə öncəki açıqlaması bu şübhələri daha da qüvvətləndirir. Həmin məlumatda qurumun bir neçə şəhər və rayon icra hakimiyyətlərində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda audit tədbirləri həyata keçirdiyi bildirilirdi. Həmin rayonlar arasında Sabirabadın da adı vardı.
Sabirabadda aparılan yoxlamada ciddi nöqsanlar aşkar edilmiş olmalıdır ki, nəticədə adıçəkilən rayonun İcra Hakimiyyətində 6 məsul işçiyə ciddi xəbərdarlıq edilib.
Əvvəlki illərin də təcrübəsini nəzərə alaraq demək olar ki, Hesablama Palatasının hər dəfə bu rayonda apardığı yoxlamalar bir qayda olaraq ciddi korrupsiya faktları və digər qanunsuzluqların aşkarlanması ilə müşahid olunur.
Bu isə Sabirabad rayonuna dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan ayrılan külli miqdarda vəsaitlərin taleyi ilə bağlı narahat olmaq üçün ciddi əsaslar verir.Xatırladaq ki, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdur. O, düz 5 ildir – 2011-ci ilin aprelindən rayona rəhbərlik edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik