Sabirabad rayonunda ağır tonnajlı yük maşını idarəetməni itirərək 5 metr yüksəklikdən dərəyə yuvarlanıb.
Hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 21-ci kilometrliyində Sabirabad rayonunun Nizamikənd kəndində qeydə alınıb.Belə ki, Füzuli rayon sakini Rafəddin Balaca oğlu Məmmədovun idarə etdiyi ağır tonnajlı yük maşını qəfil idarəetməni itirərək 5 metr yüksəklikdən dərəyə yuvarlanıb.Hadisə zamanı sürücü xəsarət almasa da yük maşınına ziyan dəyib.Qeyd edək ki, həmin ərazidə yol tikinti işləri aparıldığından yük maşınları daha intensiv hərəkət edir. Artıq sözügedən ərazidə son 1 ayda 3-cü ağır tonnajlı yük maşındır ki, aşır.Faktla bağlı araşdırma aparılır.