Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

Sabirabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
HADİSƏ
23:42 16.09.2025
149
Sabirabadda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan  magistral yolunun rayonun Qalağayın kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KaMAZ" markalı yük maşını ilə "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticəsində Beyləqan rayon sakinləri; 1982-ci il təvəllüdlü Babayev Fuad Şakir oğlu, 1988-ci il təvəllüdlü Hüseynov Əli Vahid oğlu, 1982-ci il təvəllüdlü Qasımov Ramil Fərman oğlu və 1987-ci il təvəllüdlü Əliyev Rahib Məhəmməd oğlu müxtəlif dərəcəli xəsarətlər lıblar.

Onlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR