Sabirabadda zəncirvari qəza: Xəsarət alanlar var

Sabirabadda zəncirvari qəza: Xəsarət alanlar var
SOSİAL
09:41 23.11.2022
107
Sabirabad şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

AZXEBER.COM Report-a istinadla xəbər verir ki, hadisə şəhərin Muğan prospektində qeydə alınıb.

Belə ki, "QAZ-3110”, "İsuzu” və "Mercedes-Benz” markalı avtomobillərin iştirakı ilə zəncirvarı qəza olub.

Hadisə nəticəsində rayonun Qalağayın kənd sakinləri, 1989-cu il təvəllüdlü Allahverdiyev Cavid Cabir oğlu, 2000-ci il təvəllüdlü Əliyev İsmayıl Teymur oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Mirsahib Mirnəsihət oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR