Azərbaycan prezidenti İlham Əliyev Şabran rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.AZXEBER.COM-un AzərTac-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən dörd min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun tikintisi məqsədi ilə 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,5 milyon manatı Şabran Rayon İcra Hakimiyyətinə ayrılıb.