Şabranda 17 yaşlı qız itkin düşdü

Şabranda 17 yaşlı qız itkin düşdü
SOSİAL
14:27 16.08.2025
227
Xalasıgilə getmək adı ilə evdən çıxdı, itkin düşdü: Şabranda 17 yaşlı qız axtarılır

Şabran rayonunda 17 yaşlı qız itkin düşüb.

AZXEBER.COMOxu.Az-ın məlumatına görə, rayon sakini Aytən Ömərova iyunun 19-da evdən çıxaraq Bakıya, xalasıgilə gedəcəyini deyib. Lakin o, nə xalasıgilə gedib, nə də evə qayıdıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan müraciət edilərək, şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi"nə, həmçinin Şabran Rayon Polis Şöbəsinin (2335) 3-27-23 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR