Şabranda ağır qəzaya düşən gömrük əməkdaşları ilə bağlı YENİ DETALLAR

Şabranda ağır qəzaya düşən gömrük əməkdaşları ilə bağlı YENİ DETALLAR
SOSİAL
14:22 01.07.2024
455
Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Dəvəçi kəndindən keçən hissəsində "Shacman" markalı yük maşını ilə "Mercedes-Benz" markalı minik avtomobili toqquşub. Qəza zamanı bir nəfər ölüb, üç nəfər isə yaralanıb.

AZXEBER.COM Bizim.Media-ya istinadən xəbər verir ki, qəzaya düşən şəxslər Dövlət Gömrük Komitəsinin Samur postunun texniki işçiləri olublar.

Qəzada həyatını itirən 30 yaşlı Samur gömrük postunda mühafizəçisi Vahid Əmirli Naxçıvan Muxtar Respublikasının Babək rayonundan olub.

Ağır qəzada yaralanan Pəri Vəliyeva və Seyidağa Səmədov isə Bakı sakinləridir. Onların hər ikisi də Samur postunun texniki işçiləri olub.
OXŞAR XƏBƏRLƏR