Şabranda baş verən yanğın Siyəzənə keçib

Şabranda baş verən yanğın Siyəzənə keçib
SOSİAL
09:21 19.08.2022
222
Siyəzən rayonunda meşə ərazilərində yanğın başlayıb.

AZXEBER.COM xəbər verir ki, Şabran rayonunda 4 gündür davam edən yanğın Siyəzənə keçib.

Belə ki, rayonun dağlıq Yuxarı Ələz, Yanıq Ələz, Günovşə və Ərməkolu kəndlərində yanğın davam edir. Yanğın nəticəsində kəndlərin örüş torpaqları və meşə fonduna ciddi zərər dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xızı, Siyəzən və Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissələrindən 3 avtomobil və canlı qüvvə cəlb edilib.

Alovun söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR