Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanılıb

Şabranda əkin sahələrinin yandırılmasına görə iki nəfər saxlanılıb
HADİSƏ
09:16 12.08.2025
241
Şabranda biçilmiş taxıl sahələrinin qəsdən yandırılmasına görə iki nəfər saxlanılıb.

Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, yanğını rayon sakinləri - Ağaməmməd Heydərov və Abdulla Abdullayevin törətdiyi məlum olub. Onlar biçilmiş əkin sahələrini yandırdıqlarına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Hər iki şəxs məsuliyyətə cəlb olunub.
OXŞAR XƏBƏRLƏR