Şabranda qatar yandı

Şabranda qatar yandı
SOSİAL
20:45 29.10.2019
10317

Şabran rayonunda teplovozda yanğın baş verib.

Hadisə rayonun Nizami küçəsində qeydə alınıb. 

Biləcəri Lokomotiv Deposuna məxsus TEM-27661 markalı teplovozda yanğın başlayıb. Hadisə yerinə Şabran Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

Yanğın yanğınsöndürənlərin köməyi ilə söndürülüb.

Nəticədə teplovozun mühərrik şöbəsi qismən yanıb.

 

Oxu.Az


OXŞAR XƏBƏRLƏR