Şabranda qəzada ölən qazinin yaxınları danışdı - VİDEO

Şabranda qəzada ölən qazinin yaxınları danışdı - VİDEO
SOSİAL
21:47 22.11.2023
218
Şabranda Vətən müharibəsi iştirakçısı bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə rayonun Dəvəçi kəndindəki təkər təmiri sexində qeydə alınıb.

Belə ki, rayonun Ağalıq kənd sakini, 24 yaşlı Rəfail Əzimov yük avtomobilinin təkərini təmir edərkən partlayış baş verib.

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Mərhumun dayısı bildirib ki, o boyda odun-alovun içindən çıxdı, sağ-salamat gəldi, amma bədbəxt hadisənin qurbanı oldu.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR