Şabranda "Shacman"la mikroavtobus toqquşdu - yaralananlar var

Şabranda "Shacman"la mikroavtobus toqquşdu - yaralananlar var
HADİSƏ
13:44 25.08.2021
529
Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Dəvəçi kəndi ərazisində qeydə alınıb. "Shacman" markalı yük avtomobili ilə "Hyundai" markalı mikroavtobus toqquşması nəticəsində xeyli sayda şəxsin xəsarət aldığı bildirilir.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerinə həkim və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR